Azərbaycanlı xanım bəstəkar Sevinc Tofiqqızı Çanaqqala zəfərinin 100 illiyinə kompozisiya həsr edib. SİA-ya açıqlama verən bəstəkar bunları deyib: "Mənim ürəyim türkəm deyərək döyünür. Türkün qələbəsinə musiqi həsr etmək mənim borcumdur. Çanaqqala döyüşündə həlak olan şəhidlərimiz əbədi olaraq türk xalqının yaddaşında yaşayacaq. Mənim bu musiqimə Türkiyənin Azərbaycandakı səfirliyi də biganə qalmadı. Səfirliyin Kültür və Tanıtma müşavirli tərəfindən kompazisiyama klip də çəkildi. Bu işdə mənə dəstək olan müşavir Seyit Ahmet Arslana öz təşəkkürlərimi bildirəm. Mənim üçün çox xoş oldu. Mənim ən böyük arzum doğma Qarabağımızın qələbəsinə musiqi bəstələməkdir. İnanıram ki, bu arzuma tez bir zamanda çataram".
Qeyd edək ki, klipin rejissoru İntiqam Dadaşov, aranjimançısı isə Osman Həmidovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB