Tanınmış cütlük haqda bilmədiyiniz məqamlar

Tanınmış cütlük haqda bilmədiyiniz məqamlar

Tanınmış ifaçılar Musa və Təranə cütlüyü qısqanclıqlarından danışıblar. SİA-nın verdiyi xəbərə görə, onlar hər zaman bir-birlərinə güzəştə getdiklərini deyiblər: "Mən Musadan betər ola bilmərəm. Ancaq hər kişidə də, qadında da qısqanclıq var. Həyatda insan paltarını, zinət əşyalarını, yediyi çörəyi belə paylaşa bilir. Ancaq yeganə sevgisini, həyat yoldaşını insan heç kəslə paylaşa, bölüşə bilməz. Ümumiyyətlə nə kişi qadınını, nə də ki, qadın kişisini bölüşə bilmir. Mən heç zaman qoymamışam ki, Musa harasa getsin, tək pul qazansın. Vaxt olub ki, taksi pulumuz olmayıb ki, biz mənzil başına çataq. Həmin yolu o qədər mehriban danışa-danışa gəlmişik ki, heç özümüz də hiss etməmişik ki, nə vaxt çatdıq. Demişəm bu gün azdır az yeyərik, yoxumuzdur heç yemərik. İnsan sevgidə mütləq güzəştə getməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə