Aktrisa Fahriye Evcen müsahibə verib. SİA-nın verdiyi xəbərə görə, həyatından və karyerasından danışan aktrisa türk filminin ulduzu Türkan Şoraya bənzədilməsi haqqında danışıb. Ekranlara çıxdığından bəri T.Şorayla adı hallanan Fahriyye bu yaxınlarda bir reklam filmində onunla birgə oynayıb.
Çəkilişlər üçün saç rəngini Şorayda olduğu kimi edən aktrisa bu haqda belə deyib: "Türkiyədə ikona olmaq üçün lazım olan xüsusiyyətlərə sahib yeganə ad Türkan Şoraydır. O, əfsanədir. Gözəllik anlayışı ilk növbədə gözəl baxmaqla, gülüşlə bağlıdır. Bunun üçün də özünə inam vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB