Atasını itirən müğənni layihəni yarıda qoymadı

Atasını itirən müğənni layihəni yarıda qoymadı

"Bu mənəm-2" layihəsinin daha bir azyaşlı iştirakçısı 6 yaşlı Həsənzadə İskəndər olub. SİA-nın verdiyi xəbərə görə, bu dəfə ona müğənni Təranə Mahmudova dəstək çıxıb. Təranə Mahnudova və İskəndərin ifa etdikləri mahnı "Kiçik sevgi" adlanır. Nəğmənin musiqisi layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Ruhiyyə Rüstəmovaya aiddir.

Nəzərinizə çatdıraq ki, İskəndər musiqini çox sevir və özü də professional şəkildə vokalla məşğul olur. O, Təranə xanımla birlikdə "Bu mənəm-2"nin sonuncu iştirakçılarındandır. Buna qədər layihədə tanınmış simalardan - Tüznalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi,Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman öz duet ortaqları ilə iştirak ediblər.

Qeyd edək ki, müğənni Təranə Mahmudova martın 30-da atasını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə