Rəqqasə Fatimə Fətəliyevanın müsahibəsini SİA oxucularına təqdim edirik:
- Hazırda sizdən hansı yenilikləri gözləyək?
- Bir çox işlərim var. Başım qarışıqdır. Ancaq öncədən heç nə deyə bilmərəm. Çünki planlarım haqda əvvəlcədən danışanda həyata keçmir.
- Mətanət Əliverdiyevayla münasibətiniz necədir?
- Mətanət xanımla aramızda yaşanan xoşagəlməz söhbətə görə görüşüb, danışdıq. Hazırda münasibətimiz yaxşıdır. Hətta onu da deyim ki, sözügedən aparıcı bir neçə gün bundan öncə verilişində mənim haqqımda özəl fikirlər səsləndirdi. Onunla aramda heç bir inciklik yoxdur. Hamıya da hörmətlə yanaşıram.
- Deyəsən, çox kövrəksiniz?
- Bəli, kövrəyəm. Dəyişilə bilmərəm.
- Sizdən rəqs dərslərini öyrənmək üçün məktəbinizə məşhur simalar gəlirmi?
- Bəli, gələnlər çoxdur. Hətta övladlarına belə dərs keçirəm. İlahə İbadova, Rəqsanə və bir çox tanınmışların özlərinə və balalarına dərs keçirəm.
- Öz qızınız Aydana da rəqs etməyi öyrədirsiz?
- Xahiş edirəm qızım haqqında danışmayaq. O, rəqqasəlik peşəsindən tam uzaqdır. Övladımı bu sahədə görmürəm.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB