Cəmi 100 dəqiqə yaşadı başqasını yaşatdı

Cəmi 100 dəqiqə yaşadı başqasını yaşatdı

İngiltərədə dünyaya gələn ekiz körpələrdən biri sadəcə 100 dəqiqə yaşamasına baxmayaraq, başqa bir insana həyat bəxş edib. Həkimlər Cess Evans və Mayk Holston çütlüyünə bildiriblər ki, yeni doğulacaq əkiz övladlarından biri çətin ki, sağ qalsın.

Valideynlər qərara gəliblər ki, onların hələ dünyaya gəlməmiş oğulları digər bir insanın həyatını xilas edə bilər. Onlar yaşlı pasientin xilası üçün körpənin orqanlarını qurban verməyə qərar veriblər.

Teddi Noy Holston adlandırılan oğlan doğulduqdan sonra cəmi 100 dəqiqə yaşayıb. Körpənin ölümündən üç dəqiqə sonra həkimlər əməliyyat keçirərək, digər pasientə köçürmək üçün körpənin böyrəkləri və ürək klapanlarını götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə