Onlar yenidən bir araya gəldilər

Müğənni Elçin Cəfərov və Kazım Sübhan yenidən bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, tanınmışlar iş birliyinə başlayıblar. Bu barədə Kazım Sübhan özü "İnstagram" səhifəsində məlumat verib:
 "Müvəqqəti olaraq Elçin Cəfərovla iş birliyini dayandırmışdıq. Yenidən yaxşı işlərə davam".

Qeyd edək ki, fevral ayında Kazım Sübhan sosial şəbəkədə Elçinlə iş birliklərinə son qoyduqlarını yazmışdı: "Bəri başdan deyim ki, heç bir problem olmadan 1 ildən çoxdur çalışdığım Elçin Cəfərovla iş birliyinə öz təklifimlə son qoydum. Elçin çox istedadlı ifaçı, mədəni və tərbiyəli insandır. Sadəcə, mən hələlik heç kimlə işləmək istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə