Reper Qurd ayrıldığı prodüseri Cavid Rəbbani ilə yenidən işbirliyinə başlayıb. SİA-ya açıqlama verən ifaçı məsələ ilə bağlı bunları deyib: "Qurdla işdən başqa, həm də dostuq. 2014-cü ilin oktyabrında iş birliyimizi dayandırdıq. Amma dost münasibətimiz davam edirdi. Qurd 6 ay müddətində müqavilə ilə layihə edir. Layihəni həyata keçirənlər bu işi mənə həvalə ediblər. Onunla işbirliyimiz həmişə uğurlu olub. Hamı buna şahiddir. Paxıllığımızı çəkənlərə isə cavab vermək istəmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB