Əməkdar artist Tünzalə Ağayeva solo konsert verəcək. SİA-ya bu haqda sənətçinin özü məlumat verib: " "Xoş gəldin" adlı konsert proqramı ilə qarşınızda çıxış edəcəm. Yeni və repertuarımda olan bəstələri səsləndirəcəm. Konsert mayın 22-də və 23-də baş tutacaq. Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir "Bakı 2015" Avropa Oyunlarına həsr olunub. Konsert saat 20:00-da başlayacaq. Gecəyə biletlərin qiyməti 40 manatdan 125 manata kimidir. Gecədəki libasları modelyer Gülnarə Xəlilova hazırlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB