Ayan Babakişiyevadan yenilik

Müğənni Ayan Babakişiyeva repertuarına yeni mahnısını daxil edib. SİA-nın verdiyi xəbərə görə, bəstə "Bildi sevdiyimi" adlanır. Sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsus yeni mahnı dinamik, yazın ritminə uyğundur. Ayan mahnıya klip çəkdirməyi düşünür. Klipdə sənətçi xanımın tərəf müqabili qızı Selena olacaq. Təklifi rejissor tərəfindən alan sənətçi ideyanı bəyənib. Yaxın günlərə çəkilişi nəzərdə tutulan klipin sujet xətti maraqlı məqamlarla dolu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə