“Memati”dən yeni xəbər

"Kurtlar Vadisi" serialından Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uygun yeni filmdə rol alacaq. SİA-nın verdiyi xəbərə görə, o, türkiyəli rejissor Kürşat Kızbazın çəkdiyi "Sonuncu Baba Aşkın Sirri" ekran işində oynayacaq. Gürkan Uygun sözügedən filmdə Osmanlı padşahı sultan Bəyazidi canlandırır. Sevilən aktyor yeni obrazı ilə bağlı bunları söyləyib: "İkinci Bəyazid obrazını canlandırmaq çox gözəl duyğudur. "Muhteşem Yüzyıl"da Memar Sinan obrazını canlandırmışam. Bu cür tarixi şəxsiyyətləri canlandırmaq aktyor üçün böyük şansdır, amma bir o qədər də məsuliyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə