“Keyxanım”ın dram həvəsi

"Keyxanım" kimi tanıdığınız aktrisa Ülviyyə Əliyeva seriallardan söz açıb. SİA-ya açıqlama verən aktrisa son günlərdə seriallarda görünməməsinin səbəbini deyib: "Hazırda yalnız "Miras" serialının 1 bölümündə rol aldım. Ancaq indi heç bir ekran işində obrazım yoxdur. Çünki mövsümün sonudur. Onu da nəzərinizə çatdırım ki, rejissorlarımız məni hər zaman yumoristik obrazlarda görüblər. Ancaq mən dramatik rolları da canlandıra bilirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə