Müğənni Vüsalə Rəcovanın nişanlısı onun üçün özəl gün keçirəcək. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Aprel ayının 19-da doğum günümü qeyd edəcəm. Ancaq buna baxmayaraq, artıq nişanlım mənə gül çələngi hədiyyə edib. Amma hədiyyəsi bununla bitmir. Sürprizlərdən biri isti ölkələrdən birinə səfərimiz olacaq. Orda da hədiyyəsinin olacağını bildirib. Doğum günümü Bakıdan kənarda qeyd edəcəyik. Onu da deyim ki, 19 aprel tarixində həm mənim, həm də qaynanamın ad günüdür".
Sənətçi yeniliklərdən söz açıb: "Yeganə övladım Ülvünün adına ansambl yaratmışam. Həmin ansamblın müşayiəti ilə canlı, xalq və bəstəkar mahnılarını ifa edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB