Müğənni həmkarlarını oğru adlandırdı

Müğənni həmkarlarını oğru adlandırdı

Konsert verməyə hazırlaşan müğənni Ceyhun Əliyevdən yeni xəbər var. SİA-ya açıqlama verən sənətçi mahnı yazdırdığını deyib: "Hər gün səsyazma studiyasındayam. Durmadan yeni mahnılar yazdırıram. Ənənəmə sadiq qalıb, daha bir bəstə hazırlayıram. Belə ki, mahnının sözləri Baba Vəziroğluna, musiqisi isə mənə aiddir. Mahnıya hələ ad qoymadığımız üçün bəstənin adını deyə bilməyəcəm və nəğmə hansı mövzu haqqında bəhs edir açıqlamayacam. Çünki, həmkarlarım fikirlərimizi oğurlaya bilər. Mahnı hələ ki, aranjimandadır. Tezliklə bəstəmi dinləyicilərimin ixtiyarına verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə