Yenicə ata olan aktyor danışdı

Aktyor, şair Rəşad Kəsəmənlidən xoş xəbər var. SİA-ya açıqlama verən aktyor ata olduğunu deyib: "Uşaqları çox sevirəm. Hər zaman fikirləşirdim ki, qızım olsa adını Zəhra, oğlum olsa Əli qoyacam. Nəhayət arzuma çatdım. Oğlum oldu. Soyadımın davamçısı olacaq. Allah bütün balaları saxlasın".

Qeyd edək ki, R.Kəsəmənlinin yenicə dünyaya gələn oğlundan başqa iki qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə