Məhşur klarnetçinin sevimli Azərbaycan mahnısı

Məhşur klarnetçinin sevimli Azərbaycan mahnısı

Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici müğənni İradə İbrahimovanın repertuarına müraciət edib. SİA-nın verdiyi xəbərə görə, klarnet ifaçısı Vaqif Gərayzadənin bəstəsi olan "Neyləyək, alınmadı" mahnısını repertuarına daxil edib. Bu günlərdə musiqiçinin Türkiyədə klubların birində konsertinə qatılan azərbaycanlı DJ Fateh həmin kompazisiyanın alqışlarla qarşılandığını deyib: "Səs-küylü zal bir an susdu. Hamı musiqi sədaları altında sükuta qərq oldu. Öyrəndim ki, Hüsnü bu kompazisiyanı çox sevir və hər çıxışı hərarətlə qarşılanır. Həmin konsertdə ən çox alqış toplayan, məhz bu çıxışı oldu".

Hüsnü Şənləndiricinin həmin çıxışını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə