Müğənni Röya sosial şəbəkədə hər kəsin marağına səbəb olan fikirlər yazıb. SİA-nın verdiyi xəbərə görə, o, səsində problem yarandığını qeyd edərək xalq artisti Mənsum İbrahimov və həkim xanımla birgə şəkil çəkdirib: "Nəhayət, həkimimi tapdım. İnanın, səsimlə bağlı böyük stressdə idim. Gülsəm də, içimdə tufanlar qopurdu. Çünki məni mən edən səsim olmasa, yaşaya bilmərəm. Həkimimin də, əllərindən öpürəm. Bu arada Mənsum bəyi də görmək mənə böyük şərəf oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB