Təranə Qumral: “Düşmənlərim mənim tərəfə keçdilər” MÜSAHİBƏ-FOTOLAR

Təranə Qumral: “Düşmənlərim mənim tərəfə keçdilər” MÜSAHİBƏ-FOTOLAR

Müğənni Təranə Qumralın SİA-ya müsahibəsi:

-Yaradıcılığınızda Musa bəy və sizdən hansı yeniliyi gözləyək?

-"Nə yaxşı ki, sənlə evləndim" bəstəmiz tezliklə hazır olacaq. Mahnının sözləri Sənan Qubalının, musiqisi isə Musa Musayevindir.

-İfaçılıqla yanaşı, aktrisa kimi də özünüzü sınayırsız. Bu, müğənnilik fəaliyyətinizdə problem yaratmır?

-Seriallarda rol almağı Musa ilə mənə təklif edirlər. Biz də tamaşaçıların istəyini böyük məmnuniyyətlə qəbul edirik.

-Seriallarda olduğu kimi, Musa bəy adi həyatda da sizə görə kimisə döyübmü?

-Musa məndən 10 əlnən yapışıb (gülür). O, məni pis insanlardan qoruyur. Şəxsi həyatımızda da mənə görə bir çox insanları döyməli olub.

- Adınızın qalmaqallarda çəkilməsi sizə necə təsir edir?

-İllərdir səhnədəyəm. Ancaq hər zaman söz-söhbətdən kənar olmuşam. Lakin son baş verənlərə görə adım qalmaqallarda səsləndi. Hər zaman sülh tərəfdarı olmuşam. Lakin bostanımı daşlayıb, məni özümdən çıxardılar. Təbii ki, mən də onlara cavab verməyə məcbur qaldım. Ancaq etdikləri də bir işə yaramadı. Silahlarını yerə qoyub, mən tərəfə keçdilər.

-Musa Musayevlə birgə efirə çıxanda geyimlərinizdəki rəng çalarları uyğun gəlir. Libaslarınızı xüsusi hazırlatdırırsınız?

-Bütün geyimləri özüm tikdirirəm. Duet ortağı olduğumuz üçün istəyirəm ki, geyimlərimizdə də uyğunluq olsun. Fikrimcə, bütün duet ortaqları uyğun geyinməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə