Müğənni konsert verəcək

Müğənni Ceyhun Əliyev yenilik edəcək. SİA-ya açıqlama verən ifaçı konsert verəcəyini deyib: "Avqust ayının sonu sentyabr ayının əvvələrində konsert keçirəcəm. Konsert "Yaşıl Teatr"da baş tutacaq. Konsert vermək istədiyim üçün ard-arda bəstələr yazdırıram. Konsertdə mənim mahnılarımı ifa edən müğənnilərdə yer ala bilər. Bunu hələ dəqiq bilmirəm. Həmin gün üçün Ukraynadan xüsusi dəvət olunmuş rəqqasələr dəvət edəcəm. Konsertin musiqi rəhbəri Tərlan Məmmədhüseynov olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə