Stilist Samiraldo (Samir Əliyev) özündən çıxıb. SİA-ya açıqlama verən stlist müğənni Niyam Səlaminin ünvanına xoşagəlməz sözlər işlədib: "Niyamla bizi eyni verilişə dəvət etmişdilər. Lakin o, verilişin başlamasına 20 dəqiqə qalmış efirə gəlmədi və telefonunu söndürdü. Sözügedən müğənni artıq ikinci dəfədir ki, mən gəldiyim verilişdən imtina edir. Bu hərəkətləri ilə demək istəyir ki, mənim yanında ayıb işi olub. Niyam yaxşı bilir ki, mənim qədər ona hörmət edən yoxdur və onu hər zaman peşəkar müğənni kimi qələmə vermişəm. Ancaq mənə qarşı etdiyi hörmətsizliyə görə cavab verəcək. Onu da deyim ki, artıq illərdir ki, şou-biznesdəyəm. Kimin nə işlə məşğul olduğunu çox yaxşı bilirəm. Bunu bəzi "kişi" müğənniləri yadlarından çıxarmasın".
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB