Qardaş ölkədə yaşayan aktrisamız Bakıya gəlir

Qardaş ölkədə yaşayan aktrisamız Bakıya gəlir

Sabah Tükiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, aktrisa rol aldığı "Son məktub" filminin Bakıda qala gecəsinə qatılacaq. Tədbir saat 20:00-da "28 Cinema"da baş tutacaq. Təqdimatda filmin yaradıcı heyətinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Çanaqqala hadisələrindən bəhs edən ekran işində N.Cavadzadə həkim Nihal obrazını canlandırır. Ekran işi Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə 100 ölkədə göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə