Elnarə sənət dostlarına səsləndi

Elnarə sənət dostlarına səsləndi

Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası keçirəcək. SİA-nın verdiyi xəbərə görə, o, böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayacaq. E. Xəlilova bildirib ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır. Bu məqsədlə aprelin 18-də və 19-da saat 18:00-dan başlayaraq xeyriyyə tədbiri və konsert olacaq. Tədbirdə bir çox tanınmış müğənnilər, aparıcılar və başqa sənət nümayəndələri iştirak edəcək. Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın əməliyyatı üçün sərf ediləcək. Müğənni hər kəsi ailənin tək övladı olan 22 yaşlı Nicata kömək etməyə səsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə