Tənqid olunan rejissor cavab verdi

Ötən gün "Biznesmen" filmini təqdim edən rejissor Nail Naiboğlu bəzi media mənsubları tərəfindən tənqid atəşinə tutulub. SİA-ya bu haqda danışan rejissor tənqidləri normal qarşıladığını deyib: "İlk dəfədir ki, kino çəkdim. Yeni-yeni kino lentə almağa addım atdım. Düşünürəm ki, bacardım. Ekran işim bir neçə jurnalist tərəfindən yaxşı qarşılanmayıb və tənqid olunubsa, normal qarşılayıram. Hər kəsin öz fikri var və hamıya da hörmətlə yanaşıram. Xüsusilə onu da diqqətinizə çatdırım ki, "Biznesmen" filmində sözünü demiş insanlar rol alıb".

Qeyd edək ki, "Biznesmen" filmi Ramiz Abdullayevin əsəri əsasında çəkilən eyniadlı bədii kino komediya janrındadır. Filmdə baş rolları xalq artisti Arif Quliyev, aparıcılar Anar Nəcəfli, Kamran Quliyev, modelyer Fəxriyyə Xələfova, reper Qurd, aktrisa Xuraman Əlizadə, aktyor Natiq Fərzəliyev, idmançı Həsən Həsənov və başqaları canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə