4 yaşlı Nuray musiqiçi valideynləri ilə duet oxudu FOTOLAR

Bu dəfə "Bu mənəm-2" layihəsinin ən balaca iştirakçısı 4 yaşlı Nuray Rəhman olub. SİA-nın verdiyi xəbərə görə, Nuray öz musiqiçi ailəsi ilə birlikdə bu layihədə iştirak edib. Valideynləri Əkbər və Gülnar Rəhmanla "Səhnədir evimiz" adlı mahnını "Bu mənəm-2" üçün hazırlayıblar. Maraqlı tandem alındığını qeyd edən layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirli sözü gedən mahnının müəllifləridir. Mahnının sözləri isə Ruhiyyə Rüstəmovaya aiddir.

Nəzərinizə matdıraq ki, uşaqlara dəstək olaraq layihədə yer alan müğənnilər arasında Tünzalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Təranə Mahmudova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman var.

Qeyd edək ki, "Bu mənəm-2" yekunlaşır və Bəbir və Ülviyyə Bəbirli böyük finala hazırlaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə