Özgü Namalın Nəfəsi dünyaya gəldi

Özgü Namalın Nəfəsi dünyaya gəldi

Türkiyənin məşhur aktrisası Özgü Namal ana olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamilə qaldıqdan sonra uzun illər yaşadığı Bebekteki evindən Kilyosa köçən məşhur aktrisanın ötən gecə doğum sancıları tutub. Özgü Namal xəstəxanaya çata bilməyəcəyini anlayıb həkimini axtarıb. Dərhal özünü çatdıran həkim Gülnihal doğumu elə evdəcə reallaşdırıb. 3 kilo yarım dünyaya gələn körpəyə isə Nəfəs adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə