Müğənni Ceyhun Əliyev qeyri-adi açıqlama verib. SİA-ya danışan ifaçı mahnıları ilə dinləyicilərinin dərdinə şərik olduğunu söyləyib: "Biz müğənnilər tamaşaçılar üçün mahnılar yazdırıb, ifa edirik. Onların zövqünü oxşamağa çalışırıq. Elə bəstələrim var ki, həm dinləyicimi həm də özümü nəzərə alıb, yazmışam. Məsələn, "Cavanlığım getdi əlimdən" bəstəsini buna nümunə göstərə bilərəm. Belə ki, biz insanlar gün ərzində o qədər yüklənirik artıq yaşımızdan əvvəl qocalırıq. "Cavanlığım getdi əlimdən" mahnısını da səsləndirirək dinləyicilərimin dərdinə şərik olmaq istədim. Onu da deyim ki, musiqilərimin əksəriyyətini orta nəsil nümayəndələrinə həsr edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB