Müğənni və teleaparıcı rejissorluq eşqinə düşdü

Müğənni və teleaparıcı rejissorluq eşqinə düşdü

Uzun zamandır efir təcrübəsi qazanan müğənni və teleaparıcı Vüsalə Rəcova özünü rejissor kimi sınamağa qərar verib. SİA-ya açıqlama verən ifaçı növbəti mahnılarından birinə ekran həyatı verməyi düşündüyünü deyib: "Məni yaxından tanıyan efir dostlarım təkid edirlər ki, növbəti klipimə özüm rejissorluq edə bilərəm. Sınaqdan keçmək istəyirəm. Məncə, uğurlu alınacaq".

Sənət fəaliyyətində sıx yeniliklər edən Vüsalə Rəcova yaxın günlərdə mahnılar təqdim edəcəyini də deyib: "İki bəstə hazırlayacağıq. Mahnının müəllifləri Rəşad Bağırov, Kənan MM, Nazim Məmmədov, Aqşin Fatehdir. Yenilənən repertuarımı gələn həftə təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə