Müğənni Günay İbrahimli "Sevgi budur" adlı yeni mahnısını təqdim edib. SİA-ya bu haqda bəstənin müəllifi Elvin Abdullayev məlumat verib: "Müəllifi olduğum mahnı "Sevgi budur" adlanır. Bəstə Gürcüstanda aranjimançısı Barekodur tərəfindən lentə alınıb. Çox uğurlu mahnı alınıb. Buna görə də Günayı ürəkdən təbrik edirəm. Günay bu mahnıya ürəyini qoyub. "Sevgi budur" bəstəsinin də hit olacağına əminəm".
Qeyd edək ki, bəstənin sözləri Telli Orucqızına aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB