Kərim arzularına çatacaq?

Müğənni Kərim Abbasov arzularından söz açıb. SİA-ya açıqlama verən ifaçı maraqlı etiraflar edib: "Bir neçə arzum var ki, onları reallaşdırmaq istərdim. Belə ki, xalq artisti Zeynəb Xanlarova və əməkdar artist İlqar Muradovla duet oxumaq istərdim. Bu, mənim ən böyük arzumdur. Zeynəb xanım mənə öz repertuarındakı mahnılarından birini hədiyyə verib. Ancaq istərdim ki, həmin bəstəni özü ilə duet şəklində ifa edim. İlqar Muradovla da bir araya gəlmək istərdim. O, mənə atam kimi əzizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə