Elçin Cəfərov evlənəcəyi xanım haqda nələr dedi?

Elçin Cəfərov evlənəcəyi xanım haqda nələr dedi?

Müğənni Elçin Cəfərov şəxsi həyatından söz açıb. SİA-ya açıqlama verən ifaçı necə bir xanımla ailə qurmaq istədiyini deyib: "Mənim üçün xarici gorünüşdə əsas təbiilikdir. Sarışın və ya əsmər, heç fərq etməz. Yetər ki, üzünün saflığı olsun. Əsas şərtlərdən biri səliqəli və mədəniyyətli olmasıdır. Mehriban, sözəbaxan, ailəsini sevən biri olmalıdır. Təbii ki, biz hamımız insanıq və bütün müsbət xüsusiyyətlər bir insanda cəmlənə bilməz. Onu da deyim ki, hələ ki, evlənməyi düşünmürəm. Çünki bir az sənətimlə məşğul olmalıyam. Amma təbii ki, evlilik hamı üçün vacib məsələdir. Gələcək xanımıma indidən bildirmək istəyirəm ki, mənə dediyim sözü təkrarlatmasın. Mən sözü bir dəfə deməyi sevirəm. Əgər təkrar-təkrar deyəcəyəmsə, bax bu məni qıcıqlandıra bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə