Yaraşıqlı model Rüstəm Cəbrayılovun kanalların birində şəxsi həyatı ilə bağlı verdiyi boşanma xəbəri çoxları tərəfindən yaxşı qarşılanmayıb. SİA-nın verdiyi məlumata görə, model onu qınayanlara cavab verib: "Mən müsahibəmdə xanımımla münasibətimizin yaxşı olmadığını dedim. Hər bir münasibətdə problem olur. Heç kimin ağlına başqa fikir gəlməsin və artıq sözlər danışmasınlar. O ki, qaldı müsahibəmdə "boşanıram" sözünü təsdiqləməyə, bu yalandır. Sadəcə deyirəm ki, danışmaq istəmirəm. Mənim sözlərim kimin xoşuna gəlmirsə ya kanalı çevirsin, ya da üzümə qeyrəti varsa, sözünü desin. Bir məqamı xüsusi ilə diqqətinizə çatdırım ki, bu ölkə üçün 10 ilimi sərf edib, millətimə layiq insan olmağa çalışmışam. Odur ki, lazımsız söhbətlərdə adımı hallandırmayın və məni bu ölkədən küsdürməyin"!
Modelin söz-söhbətlərə səbəb olan açıqlamasını təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB