Bu gün xalq artisti Fidan Hacıyeva "Bir bahar axşamı" adlı konserti öncəsi media mənsubları ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə səbəbkarın özü, aparıcı Saleh Bağırov və jurnalistlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Saleh Bağırov konsert haqqında ətraflı məlumat verib: "Aprelin 19 -da Heydər Əliyev Sarayında Fidan Hacıyeva sevənlərinin qarşısına çıxacaq. Buna görə də xalq artistimiz güclü hazırlaşır. Konsert 2 hissədən ibarət olacaq. Fidan xanım konsertdə ifa edəcəyi mahnıları xarici ölkələrdə də səsləndirəcək".
F.Hacıyeva konserti barədə danışıb: "Budəfəki, konsertimdə opera musiqisinə üstünlük verməyəcəm. Mahnı və roman janrında bəstələr səsləndirəcəm. Konsertimdə yeni-yeni addım atan muğam ifaçısı Ələsgərə də vaxt ayıracam. Onu da deyim ki, ilk müğənniyəm ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri ilə çıxış edəcəm".
Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB