Yenicə əməliyyatdan çıxan İbrahim Tatlısəs ilk dəfə danışıb. SİA-nın verdiyi xəbərə görə, o, Şanlıurfada yayımlanan region televiziyasına canlı bağlanaraq səhhəti ilə bağlı bunları deyib: "İndi çox yaxşıyam. Almaniyaya getməzdən əvvəl ABŞ-a yollansaydım indi çoxdan ayaq üstə idim. Əməliyyatdan qabaq hamıdan halallıq istədim. Çünki həkimlər dedilər ki, ayılmaya bilərəm. Bu, elə də asan əməliyyat deyildi. Kəlmeyi-şəhadətimi gətirib əməliyyata girdim".
İ.Tatlısəs vətəni üçün çox darıxdığını deyib: "Türkiyə və Şanlıurfadan ötrü çox darıxıram. Dayana bilmirəm. ABŞ-dan qayıdandan sonra albom çıxaracam. Ölənə qədər oxuyacam. 15 gün ərzində Türkiyəyə qayıda bilərəm"
Qeyd edək ki, "imperator" 2011-ci ildə silahlı hücum nəticəsində yaralanaraq beynində qalan sümük parçasını götürmək üçün əməliyyat olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB