Aktrisa jurnalistləri “yıxıb-sürüdü”

Aktrisa jurnalistləri “yıxıb-sürüdü”

Türkiyəli aktrisa Məryəm Üzərli haqda mətbautda xoşagəlməz yazılar dərc olunub. SİA-nın verdiyi xəbərə görə, aktrisanın eks sevgilisi və qızı Laranın atası haqqında "Onun qızımın atası olması məni utandırır" fikri qalmaqala səbəb olub. Lakin aktrisa bu fikirlərin ona məxsus olmadığını iddia edib və jurnalistlərlə bağlı narazıçılığını sosial şəbəkədə bildirib: "Əziz dostlar, mənimlə əlaqədar xəbərlərdə istədiyinizi yaza bilərsiniz. Təbii ki, bu sizin işinizdir və siz azadsınız. Lakin dürüst olun. Məni heç kim utandıra bilməz. Çünki hamımız insanıq və hər kəsin bu həyatda fərqli seçilmiş yolu var. Mən kiməm axı belə ifadə işlədim ? Mən bu adamla bağlı yalnız 2013-cü ildə bir dəfə müsahibə verdim və nə yaşadım, necə hiss etdimsə, sizə də elə izah etdim. Amma o gündən etibarən bir daha danışmadım və danışmayacağam. Əgər dürüst olmaq sizin üçün bu qədər çətinsə, ən azı bir az həssas və hörmətli olmağa çalışın".

Bütün xəbərlər Facebook səhifəmizdə