Xalq artistinin qızının Türkiyə ilə bağlı sirri açıldı FOTOLAR

Xalq artistinin qızının Türkiyə ilə bağlı sirri açıldı FOTOLAR

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımovanın mütəmadi olaraq İstanbula getmə səbəbi bəlli olub. Bu haqda SİA-ya danışan ifaçı səfərləri barədə məlumat verib: "Bir çoxları düşünür ki, İstanbul yalnız ticarət mərkəzləri, əyləncə məkanları və gecə klublarından ibarətdir. İstanbul hər şeydən öncə Roma, Bizans və Osmanlı imperiyalarının paytaxtı olub. Bu şəhərin gəzməli-görməli tarixi məkanları, qədim abidələri saysız-hesabsızdır. Mən də bu şəhərə sırf səyahət məqsədilə gəlmişəm. İstanbulun bütün gəzməli-görməli yerlərini dolaşacaq, tarixi abidələri, muzeyləri, incəsənət qalereyalarını ziyarət edib, bu şəhəri özüm üçün fərqli yöndən kəşf etmək istəyirəm. İstəyirəm İstanbulun görmədiyim yerlərində olum. Ziyarət etdiyim bütün məkanlardan fotoları isə instaqram sosial şəbəkəsindəki hesabıma yerləşdirəcəyəm"

Müğənni yaradıcılığından da danışaraq yaxın günlərdə yeni mahnısını təqdim edəcəyini bildirib: "Empire Music Entertaiment" musiqi şirkəti ilə yeni mahnı yazdırmışam. Bəstə çox ritmikdir. Əsl yay mahnısıdır. Bəstənin hit olacağına əminəm. O qədər xoşuma gəlib ki, bu mahnıya mütləq klip də çəkdirəcəyəm. Yay ab-havalı bəstə olduğundan, klipi dəniz kənarında çəkdirməyi fikirləşirəm. Amma rejissorun fikri də mənə maraqlıdır. Bir sözlə, mənisevərlər yeni mahnımı gözləsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə