35 yaşı tamam olan ifaçı nəyi gizlətdi? FOTOLAR

35 yaşı tamam olan ifaçı nəyi gizlətdi? FOTOLAR

Bu gün müğənni İradə İbrahimovanın ad günüdür. SİA-ya təəssüratlarını danışan 35 yaşı tamam olan sənətçi doğum gününü ailəsi ilə birgə keçirəcəyini bildirib: "Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dostlarla bir araya gəlməyi düşünürük. Uşaqkən böyüməyə tələsirik. Yaş artıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşman olmadan irəliyə doğru addımlaya bilməyimizdir. Ad günümdə təmtəraqdan uzaq durmağa çalışmışam. Sakit gün keçirmək istəmişəm. Nə qədər dostlarım, ailəm desə də, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşüm. 35 yaşımda dəyərli hədiyyə almışam. Yaxın zamanlarda açıqlayacam. Ona görə də bu, həyatımda unudulmayan rəqəm olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə