Venesuelı 28 yaşlı model Diosa Kanales xəstəxanalıq olub. SİA-nın verdiyi xəbərə görə, buna səbəb aktrisanın yıxılarkən sinəsi üstə düşərək implantatlarından birinin partlamasıdır. Model pilonda akrobatik hərəkət yerinə yetirərkən yıxılıb. Onu təcili əməliyyat ediblər. Səhhətində problem yaranmasına baxmayaraq model yenidən sinəsinə silikon qoyulmasını istəyir. Hazırda xəstəxanada olan model səhhəti haqda sosial şəbəkədə yazaraq şəkillərini paylaşıb: "Həkimim çox sağ olsun. Artıq sağalıram. Bərpa üçün bir gün daha - əsl meditasiya və relaksasiya zamanıdır. Dəstək üçün hamıya təşəkkür edirəm. Sizi sevirəm".
Qeyd edək ki, Diosa Kanales Amerikada kifayət qədər populyardır. Onun "İnstagram"da, "Twitter" də və digər sosial şəbəkələrdə milyondan artıq izləyicisi var.





.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB