Modelyer yaz-yay kolleksiyasını təqdim etdi FOTOLAR

Modelyer yaz-yay kolleksiyasını təqdim etdi FOTOLAR

Azərbaycanlı modelyer Fikrət Əliyev yeni yaz-yay kolleksiyasını təqdim edib. Bu haqda SİA-ya danışan modelyer bunları deyib: "Qış mövsumu artıq başa çatdı. Dünya modelyerləri yeni yaz-yay kolleksiyalarını təqdim etməyə başlayıblar və məndə yeni əl işlərimi moda sevərlərlərin ixtiyarına buraxdım. Bildiyimiz kimi, yazın gəlişiylə insanlarda canlanma olur. Bu da özünü geyimdə, ayaqqabılarda, çantalarda biruzə verir. Artıq xanımlarımız cansıxıcı qış geyimləridən sonra rahat gözoxşayan, cəlbedici libaslara üstünlük verilməldir. Bu yaz geyimlərdə şux rənglər trend olacaq. Məndə yeni kolleksiyamda rəngarəngliyə üstünlük verdim".

Fikrət Əliyev yeni mövsümün rənglərindən və geyimlərindən də söz açıb: "Bu il xanımların geyimlərində şax parçalar, böyük güllərdən donlar dəb olacaq. Dizdən aşağı bol ətəklər ön plana çıxacaq. Rəngli pencəklər də yazda aktual olacaq. Bu ilin əsas rəngləri bordo, boz tonlarıdır. Gecə qiyafətlərində isə qırmızı rənglər üstünlük təşkil edəcək. Birdə hər zaman olduğu kimi dəb aləmində qara öz liderliyini saxlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə