Sirr aprel ayında açılacaq

Müğənni Nadir Qafarzadə "Döy qapımı" adlı mahnısına klip çəkdirir. SİA-ya bu haqda sözügedən bəstənin müəllifi Tural Bayraməliyev məlumat verib: "Nadir sözləri və musiqisi mənə aid olan "Döy qapımı" adlı mahnıma ekran işi verdirəcək. Klip 3 ölkədə lentə alıncaq. Belə ki, ekran işi Gürcüstanda,Türkiyədə, Azərbaycanda çəkiləcək. Tezliklə həmin ekran işini tamaşaçıların ixtiyarına verəcəyik".

Bəstəkar daha bir yenilikdən də söz açıb: "İki məşhur müğənnilər bir araya gələcək. Belə ki, həmin tanınmışlar sözləri və musiqisi mənə məxsus olan mahnını duet şəklində səsləndirəcəklər. Sözügedən tanınmışların kim olduğunu aprel ayının əvvəllərində biləcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə