Müğənni Sevinc Ağaşirinova ona dəstək olan məşhurlardan söz açıb. SİA-ya açıqlama verən ifaçı həmin insanların adlarını da açıqlayıb: "Bildiyiniz kimi zamanında Röya Ayxan incəsənət aləminə gəlmək üçün mənə çox kömək olub. Hazırda da mənə həmkarım Xatun və teleaparıcı Samir Bayramlı dəstək olur. Onu da deyim ki, bir zamanlar bəziləri mənim sənətimə dırnaqarası baxanda Samir mənə stimul verib. İşlərimə beş əllə sarılmağıma həvəs yaradıb. Hazırda da Samirlə münasibətim yaxşıdır və hər zaman yanımdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB