“Biznesmen”in qala gecəsi bəlli oldu

“Biznesmen”in qala gecəsi bəlli oldu

Nail Naiboğlunun rejissorluğu ilə lentə alınan "Biznesmen" filminin qala gecəsi baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, Ramiz Abdullayevin eyniadlı əsəri əsasında lentə alınan ekran işi aprelin 14-də olacaq. Filmdə xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aktyor Natiq Fərzəliyev, aparıcı Anar Nəcəfli, Kamran Quliyev və başqaları rol alıb. Təqdimat mərasimi Nizami Kino Mərkəzində baş tutacaq.

Qeyd edək ki, "Biznesmen"in prodüseri Pərviz Oktayoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə