Xalq artistləri ilkə imza atdı

Xalq artistləri Səməd Səmədov və Flora Kərimova ərsəyə gətirdikləri dueti təqdim ediblər. SİA-ya açıqlama verən S.Səmədov "Bir hava çal" adlı bəstəni lentə aldırdıqlarını dilə gətirib: "Vəd etdiyimiz dueti, nəhayət bu gün təqdim etdik. Flora xanımla duet ifa etdiyimə görə məmnunam. Onu da deyim ki, Flora xanım bu günə qədər bu tərzdə mahnı ifa etməmişdi. Bu onun həyatında ilk idi. İşlərimiz bu duetlə bitmir. Qarşıda bir neçə mahnı var".

Bütün xəbərlər Facebook səhifəmizdə