Abbas Bağırovdan yeni xəbər

Əməkdar artist Abbas Bağırov yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən ifaçı yeni albom çıxaracağını deyib: "Səsyazma studiyamda təmir işləri getdiyi üçün mahnılarım yarımçıq qalmışdı. Artıq təmir bitib. Mahnılarımı tamamlaya bilmişəm. Yeni işıq üzü görəcək albomumda öz yazdığım bəstələrim işıq üzü görəcək. İki tanınmış xanım ifaçının mahnılarını səsləndirmişəm. Diskdə həmin bəstələrə də yer verəcəm. Albomumu tezliklə dinləyicilərimin ixtiyarına verəcəm. Ümid edirəm ki, albomdakı bəstələr insanların zövqünü oxşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə