Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə ayrılan cütlük müğənni Sinan Akçılla aparıcı-model Ebru Şallı arasında qalmaqal yaşanıb. SİA-nın verdiyi xəbərə görə, Sinan Ebrunun yaşadığı evə basqın edib. Gecə saat 4-də aparıcının qapısını döyən ifaçı bina sakinlərini narahat edib. Qapını döyməklə kifayətlənməyib, onu açmağa cəhd göstərən S.Akçıl daha sonra məyus halda evinə yollanıb. E.Şallı isə binanın mühafizəçilərinə "Sinan Akçılı bir daha içəri buraxmayın" - deyə, tapşırıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB