Aktyor ikinci dəfə evləndiyi həyat yoldaşından yenidən boşanır
Hollivud ulduzu Jan-Klod Van Damm həyat yoldaşı Qledis Portuqezdən ikinci dəfə boşanır. SİA-nın verdiyi xəbərə görə, 54 yaşlı aktyorun xanımı artıq boşanma prosesinin başlanması üçün lazımi sənədləri hazırlayıb. Van Dammla Qledis martın 7-dən ayrı yaşasalar da, məhkəməyə bir neçə gündür ki, müraciət ediblər. Cütlüyün boşanmasına fikir ayrılığı səbəb göstərilir.
Qeyd edək ki, cütlük 1987-1992-ci illərdə də ailəli olub. İlk boşanmadan 7 il sonra – 1999-cu ildə isə yenidən evləniblər. Jan-Klodla Qledisin iki uşağı – 27 yaşlı Kristofer adlı oğlu və 24 yaşlı Byanka adlı qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB