Məşhurlar arasında barışıq oldu

İtalyan dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana ilə müğənni Elton Con arasındakı qalmaqal səngimək bilmir. SİA-nın verdiyi xəbərə görə, italyan dizayner Dolçe yenidən Eltona cavab verib: "Mən ənənəvi ailədə böyümüşəm, buna inanıram, fikrimi dəyişə bilmərəm. Digərlərinin yanaşmasına hörmətlə yanaşıram. Hələ də Elton Conun musiqisini sevirəm".

Dizayner Stefano Qabbana isə ortağının sözünə qüvvət kimi bunları əlavə edib:"Biz də homoseksualıq. Eynicinsli cütlüklərə, evliliklərə hörmət edirik. Ancaq bu, bizim fikrimizdir. Nəyə lazımdır boykot? İndi 2015-ci ildir, orta əsrlər deyil".

Qeyd edək ki, qalmaqal dizaynerlərin "uşağın atası və anası olmalıdır", "ailə - ənənəvi ailə deməkdir" sözlərindən sonra yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə