“Şən dullar” ekranlara gələcək

“Şən dullar” ekranlara gələcək

Yaxın günlərdə Azərbaycan teleməkanında yeni serial tamaşaçıların ixtiyarına veriləcək. SİA-nın verdiyi xəbərə görə, "Şən dullar" adlı bədii serialda Azərbaycanın tanınmış aktyorları çəkilib. Komediya janrında olan serialın ərsəyə gəlməsinin ideya müəllifi Raid Abbasovdur. O, həmçinin filmin quruluşçu rejissordur. İlkin versiya 45 dəqiqə olmaqla 24 hissədən ibarət serialın ssenari müəllifi Yeganə Kərimzadə, baş prodüseri Ruslan İsmayılov və quruluşçu operatoru Hüseyn Bağırovdur.

Qeyd edək ki, rollarda Sənubər İsgəndərli, Mehriban Səfərova, Gülnarə Abdullayeva, Nigar Güləhmadova, Mətanət Əhmədova və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə