Xəbər verdiyimiz kimi, məşhur cütlük Sinan Akçıl və Ebru Şallı ayrılıb. SİA-nın verdiyi xəbərə görə, onların ayrılma səbəbi bəlli olub. Belə ki, cütlük "Güllərin savaşı" serialında Duyğu obrazını canlandıran aktrisa-müğənni Ayşe Özdəmirə görə yollarını ayırıb. İddiaya görə, Sinan Akçıldan mahnı alan Özdemir daha sonra bəstəkarla yaxınlaşıb. Lakin Özdəmir Akçıla sevgilisi olan biri ilə münasibət qura bilməyəcəyini, ona görə də Ebru Şallıdan ayrılmalı olduğunu bildirib. Cütlüyün yazışmasını görən Şallı isə ayrılmaq qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB