Tanınmış rəqqas İlham Kərimli sağlamlıq imkanları məhdud gənclərlə flaş-mob hazırlayıb. SİA-nın verdiyi xəbərə görə, flaş-mobda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud gənclərinin peşə reablitasiy mərkəzinin üzvləri iştirak edib. İ. Kərimli bununla Azərbaycanda ilkə imza atdığını deyir: " İlk dəfədir ki, Azərbaycanda sağlamlıq imkanları mıhdud gənclərlə flaş-mob keçirilir. 30 nəfər qız və oğlan bu tədbirdə iştirak etdi. Bu gənclərlə işləmək mənə xoş oldu. Bizim məqsədimiz budur ki, həmin insanlar cəmiyyətdən, ictimaiyyətdən uzaq qalmasınlar və normal həyata adaptasiya olsunlar. Hansı ailədə bu cür gənc varsa dörd divar arasından çıxarılmalıdır. Bu flaş-mobla biz göstərmək istədik ki, sağlamlıq imkanları məhdud gənclər də cəmiyyətdə azad hərəkət edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB