Əməkdar artistdən “Bu mənəm-2”yə dəstək FOTOLAR

Əməkdar artistdən “Bu mənəm-2”yə dəstək FOTOLAR

"Bu mənəm-2" layihəsinin bu dəfəki qonağı əməkdar artist, Opera və Balet teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru Gülnaz İsmayılova olub. SİA-nın verdiyi xəbərə görə, əməkdar artist istedadlı vokal və skripka ifaçısı Əli Muradovla duet oxuyub. "Azərbaycan" mahnısının müəllifləri elə layihə rəhbərləri olan Bəbir və Ülviyyə Bəbirlidir. Sözləri isə Ruhiyyə Rüstəmovaya məxsusdur. Vətənpərvər ruhda yazılan mahnını duet ortaqları vətən sevgisini duyaraq ifa edib.

Qeyd edək ki, Gülnaz İsmayılovanın duet ortağı olan Əli Muradov bir çox müsabiqələr laureatı,vokal üzrə Moskvada keçirilən Roza Vetrov beynəlxalq müsabiqəsinin Grand-prix mükafatı laureatı olub. İspaniyada skripka üzrə "El festival de mar e sol" beynəlxalq müsabiqəsində birinci dərəcəyə layiq görülüb. Həmçinin Əlinin adı Rusiyada "Qızıl fond" kitabına daxil edilib.

Qeyd edək ki, uşaqlara dəstək olaraq "Bu mənəm2" layihəsində yer alan müğənnilər arasında Tünzalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, əməkdar artist Xəyyam Mustafazadə, Əkbər və Gülnar Rəhman var.

Bütün xəbərlər Facebook səhifəmizdə